Home » Mərkəzi Bankda istehlakçı hüquqlarının müdafiəsi ilə bağlı görüş keçirilmişdir – Foto

Mərkəzi Bankda istehlakçı hüquqlarının müdafiəsi ilə bağlı görüş keçirilmişdir – Foto

by anar
0 comment 10 views 1 minutes read

Azərbaycan Respublikasının Mərkəzi Bankı vaxtaşırı olaraq səlahiyyəti daxilində öz nəzarətində olan subyektlərlə görüşlər keçirir və maliyyə xidmətləri istehlakçılarına və investorlarına göstərilən xidmət səviyyəsinin artırılması məqsədi ilə onlarla birlikdə müzakirələr aparır. Belə görüşlər silsiləsi 2023-cü ilin dekabr ayında da həyata keçirilmişdir.

Belə ki, 18 dekabr 2023-cü il tarixində Mərkəzi Bank tərəfindən nəzarət subyektlərinin, o cümlədən kredit təşkilatlarının (banklar, bank olmayan kredit təşkilatları), sığortaçıların, investisiya şirkətlərinin nümayəndələrinin iştirakı ilə görüş təşkil olunmuşdur.

Görüşdə Azərbaycan Banklar Assosiasiyasının (ABA), Mediasiya Şurasının, Azərbaycan Mikromaliyyə Assosiasiyasının (AMFA) və Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) nümayəndələri də iştirak etmişdirlər.

Keçirilmiş görüşdə nəzarət subyektlərinin və mediasiya təşkilatlarının nümayəndələri ilə ilin yekunlarına dair müzakirələr aparılmış, xidmət göstərilən sahələrin daha da optimallaşdırılması və təkmilləşdirilməsi ilə bağlı təkliflər dinlənilmiş və atılacaq növbəti addımlar müzakirə edilmişdir.

Görüş iştirakçıları tərəfindən maliyyə xidmətləri istehlakçılarına göstərilən xidmətlərin təkmilləşdirilməsi ilə bağlı təkliflər səsləndirilmiş və onlar tərəfindən ünvanlanan suallar Mərkəzi Bank tərəfindən cavablandırılmışdır.

You may also like

Leave a Comment

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.