
20, 21 dekabr 2023-cü il tarixlərində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının notlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcəkdir. Nəzərinizə çatdırırıq ki, hərrac zamanı sifarişlərin toplanması saat 11:00-dan 11:30-dək təşkil olunacaqdır.
Notların buraxılış parametrləri barədə məlumat aşağıdakı cədvəldə verilmişdir:
| Notun müddəti (gün) | ISIN | Hərrac tarixi | Hərraca çıxarılan məbləğ (manat) | Nomi nal | Miqdar | Notun ödəniş tarixi |
| 168 | AZ2192024704 | 20.12.2023 | 20.000.000 | 10.000 | 2.000 | 05.06.2024 |
| 252 | AZ2193024703 | 21.12.2023 | 20.000.000 | 10.000 | 2.000 | 29.08.2024 |
Hərracda yalnız Azərbaycan Respublikasında fəaliyyət göstərən banklar iştirak edə bilər.
Hərrac zamanı bir bank tərəfindən 1 rəqabətli sifariş təqdim edilə bilər və təqdim ediləcək rəqabətli sifarişin həcminə məhdudiyyət tətbiq olunmur.
Hərrac zamanı iştirakçıların sayı 5-dən az olduqda hərrac baş tutmamış hesab ediləcəkdir.
Bağlanmış əqdlər üzrə hesablaşmalar T+0 rejimində həyata keçiriləcəkdir.




