30 noyabr və 1 dekabr 2022-ci il tarixlərində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının notlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcəkdir. Nəzərinizə çatdırırıq ki, hərrac zamanı sifarişlərin toplanması saat 11:00-dan 11:30-dək təşkil olunacaqdır.
Notların buraxılış parametrləri barədə məlumat aşağıdakı cədvəldə verilmişdir:
Notun müddəti (gün) | ISIN | Qeydiyyataalınmış məbləğ (manat) | Hərrac tarixi | Hərraca çıxarılan məbləğ (manat) | Nomi nal | Miqdar | Notun ödəniş tarixi |
28 | AZ2041024707 | 30,000,000 | 30.11.2022 | 30,000,000 | 100 | 300.000 | 28.12.2022 |
84 | AZ2042024706 | 30,000,000 | 30.11.2022 | 30,000,000 | 100 | 300.000 | 22.02.2023 |
168 | AZ2043024705 | 30,000,000 | 01.12.2022 | 30,000,000 | 100 | 300.000 | 18.05.2023 |
252 | AZ2044024704 | 30,000,000 | 01.12.2022 | 30,000,000 | 100 | 300.000 | 10.08.2023 |
Hərracın gedişi zamanı hər bir bank tərəfindən yalnız 1 sifariş təqdim edilə bilər, verilmiş sifarişin nominal məbləği hərraca çıxarılmış notların həcminin 20%-dən artıq olmamalıdır. Sifarişlər üzrə qiymət diapozonu məhdudiyyəti tətbiq olunmur.
Hərracda toplanmış tələb təklifdən çox olduğu halda təklif emitent tərəfindən ilkin olaraq hərraca çıxarılmış məbləğin maksimum 20%-inə qədər artırıla bilər.
Hərrac zamanı təqdim edilən sifarişlərin sayı 5-dən az olduqda hərrac baş tutmamış hesab ediləcəkdir. Hərrac zamanı bağlanmış əqdlər üzrə hesablaşmalar T+0 rejimində həyata keçiriləcəkdir
Azərbaycan Respublikasının Mərkəzi Bankının notlarının alıcıları qismində yalnız lisenziya əsasında fəaliyyət göstərən yerli banklar çıxış edə bilər.