![](https://bbn.az/wp-content/uploads/2024/05/Azerbaycan_Kredi_karti_570x90.png)
Almaniyada inflyasiya payızda Rusiyanın təbii qaz təchizatını sıxması nəticəsində son 70 ilin ən yüksək səviyyəsinə, 10%-ə qalxa bilər.
BBN.az BusinessInsider.com-a istinadən xəbər verir ki, bu haqda Almaniya Mərkəzi Bankının rəhbəri Joachim Nagel ötən həftə Rheinische Post-a deyib.
Cümə günü Rusiyanın Qazprom-u avqustun 31-dən gözlənilməyən üç günlük əsas təbii qaz kəmərindən təchizatının dayandırılmasını elan edib. Nəticədə ölkə Rusiyadan gələn təbii qaz axının zəifləməsindən dolayı enerji böhranı ilə mübarizə aparır.
Qeyd edək ki, hazırda bu ölkədə inflyasiya 8.5%-dir. Almaniyanın Statistikalar Bürosunun məlumatına, əsasən burada 2022-ci ilin II rübündə iqtisadiyyatın inkişafı 0% olub.