Home » “Məsafəli işin biznesin böyüməsinə və inkişafına səbəb olması üçün nə etmək lazımdır” mövzusunda vebinar keçirilmişdir

“Məsafəli işin biznesin böyüməsinə və inkişafına səbəb olması üçün nə etmək lazımdır” mövzusunda vebinar keçirilmişdir

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

Azərbaycan Banklar Assosiasiyası tərəfindən bank əməkdaşları üçün xarici ekspertlərin iştirakı ilə növbəti vebinar təşkil edilmişdir.

 22 aprel 2021-ci il tarixində 1989-cu ildən bəri qabaqcıl rus və beynəlxalq şirkətlərə insanların idarə olunması sahəsində ən yaxşı həlləri tapmaqda kömək edən, işçiləri qiymətləndirmək, potensiallarını inkişaf etdirmək və iş səmərəliliyinin artırılmasına yönəlmiş sistemlərin yaradılmasında ixtisaslaşmış şirkətlərdən biri olan “ECOPSY Consulting” şirkətinin dəstəyi və ABA-nın “İnsan resurslarının idarəedilməsi üzrə” Ekspert Qrupunun təşkilati dəstəyi ilə Azərbaycan bankların əməkdaşları üçün “Məsafəli işin biznesin böyüməsinə və inkişafına səbəb olması üçün nə etmək lazımdır” mövzusunda vebinar keçirilmişdir. Rus dilində keçirilmiş vebinarın moderatorları Pavel Degtyarev və Maya Kolosnitsyna mövzu haqqında ümumi məlumat vermiş, insan resurslarının idarəedilməsində rolu və prosesi haqqında təqdimat nümayiş etdirmiş, ABA-ya üzv qurumların nümayəndələrinin suallarını cavablandırmışlar.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.