Home » Məşğulluq sahəsində Türkiyə ilə təcrübə mübadiləsi aparılır

Məşğulluq sahəsində Türkiyə ilə təcrübə mübadiləsi aparılır

by khayale
0 rəy 0 baxış 1 dəqiqə oxuma

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin nümayəndə heyəti Türkiyə Respublikasının Ankara şəhərində səfərdə olub.

Nümayəndə heyətinin Türkiyənin Məşğulluq Xidmətində  (İŞKUR) keçirdiyi görüşlərdə məşğulluq sahəsində görülmüş işlər üzrə təcrübə mübadiləsi aparılıb.

Agentliyin İdarə Heyəti sədrinin müavini Rüfət Cavadov ölkəmizdə rəqəmsal məşğulluq xidmətlərinin yaradılması, işsiz şəxslərə münasibətdə yeni konsepsiyanın tətbiqi, peşə kvalifikasiyasının artırılması və karyera imkanlarının genişləndirilməsi iştiqamətində görülmüş işlər və əldə olunan nailiyyətləri diqqətə çatdırıb.

İŞKUR-un sədri Samet Güneş digər sahələrdə olduğu kimi məşğulluq istiqamətində də Azərbaycanla təcrübə mübadiləsinə xüsusi önəm verdiklərini qeyd edib.

Nümayəndə heyəti həmçinin İŞKUR-un Eskişehirdə fəaliyyət göstərən idarəsində də olub, burada iş prinsipləri və peşə hazırlığının təşkili prosesi ilə tanış olublar.

Bundan başqa Türkiyə Respublikası Prezidentinin İnsan Resursları İdarəsi və Türkiyə Respublikasının Əmək və Sosial Müdafiə Nazirliyində də görüşlər keçirilib. Görüşlərdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və DOST Rəqəmsal və İnnovasiyalar Mərkəzinin nümayəndələri də iştirak edib.

Oxşar xəbərlər

Rəy bildir

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.