Home » Macarıstan Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməkdə davam edir və hər cür təcavüzü qınayır

Macarıstan Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməkdə davam edir və hər cür təcavüzü qınayır

by bbnadm
0 comments 0 views 0 minutes read

Azərbaycan və Macarıstan Hökumətləri arasında iqtisadi əməkdaşlıq üzrə birgə Komissiyanın Macarıstan tərəfindən həmsədri, Macarıstanın Xarici İşlər və Ticarət naziri Peter Siyyarto Komissiyanın Azərbaycan tərəfindən həmsədri, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevə məktub ünvanlayıb.

Məktubda bildirilir ki, Macarıstan Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyünü və suverenliyini dəstəkləməkdə davam edir və hər cür təcavüzü qınayır. Buna görə də münaqişənin de-eskalasiyasına və ATƏT-in Minsk qrupu çərçivəsində sülh yolu ilə həllinə çağırır.

Peter Siyyarto ikitərəfli iqtisadi və ticarət əməkdaşlığının gələcək inkişafı ilə bağlı məsələlərin müzakirəsi üçün tezliklə görüşlərin keçiriləcəyinə də ümidvar olduğunu yazır.

You may also like

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.