Home » Maliyyə naziri Sahil Babayev Serbiyada ikitərəfli görüşlər keçirib

Maliyyə naziri Sahil Babayev Serbiyada ikitərəfli görüşlər keçirib

by anar
0 comments 0 views 1 minutes read

Azərbaycan Respublikasının maliyyə naziri Sahil Babayev Azərbaycan və Serbiya arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın IX iclası çərçivəsində ikitərəfli görüşlər keçirib.

Oktyabrın 23-də Serbiya Respublikası Baş nazirinin müavini, iqtisadiyyat naziri xanım Adriyana Mesaroviç ilə keçirilən görüşdə iki ölkə arasında investisiya əməkdaşlığının genişləndirilməsi və qarşılıqlı ticarət əlaqələrinin dərinləşdirilməsi məsələləri müzakirə olunub.

S. Babayev görüş zamanı iki ölkə arasında iqtisadi əməkdaşlığın gələcək inkişaf perspektivlərinə toxunaraq, xüsusilə ticarət, xidmət, kənd təsərrüfatı, nəqliyyat və turizm kimi sahələrdə Azərbaycan və Serbiya şirkətlərinin qarşılıqlı layihələrdə fəal iştirak imkanlarını diqqətə çatdırıb.

Öz növbəsində, Adriyana Mesaroviç Azərbaycan və Serbiya arasında iqtisadi əməkdaşlığın genişləndirilməsinin, həmçinin iki ölkənin biznes və ticarət imkanlarının daha da inkişaf etdirilməsinin və birbaşa aviareyslərin həyata keçirilməsinin vacibliyini vurğulayıb.

Bundan başqa, S.Babayev Serbiya Respublikası Baş nazirinin birinci müavini, maliyyə naziri Sinişa Mali ilə də görüşüb. Görüşdə iki ölkə arasında iqtisadi əməkdaşlığın mövcud vəziyyəti, Azərbaycan və Serbiya şirkətlərinin birgə layihələrdə iştirakı sahəsində potensial əməkdaşlıq imkanları diqqətə çatdırılıb.

Eyni zamanda, iki ölkənin maliyyə nazirlikləri arasında əməkdaşlığın inkişaf etdirilməsi, o cümlədən təcrübə mübadiləsinin aparılması imkanları müzakirə edilib və bu məqsədlə Anlaşma Memorandumunun imzalanması istiqamətində müvafiq tədbirlərin görülməsi barədə razılıq əldə edilib.

You may also like

Leave a Comment

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.