14 yanvar 2020-cu il tarixində Bakı Fond Birjasında Maliyyə Nazirliyinin AZ0105002783 ISIN-li, 15 mln. manat həcmində, 728 gün tədavül müddətli dövlət ortamüddətli istiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.
Hərrac zamanı 18 investor tərəfindən qiymət intervalı 99.0817 AZN (7.0000%) və 101.3039 AZN (5.8001%) olan 25 sifariş təqdim edilmişdir.
Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 100.9666 (5.9800%) orta ölçülmüş qiyməti 101.0381 (5.9418%) müəyyən edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 88,415,500.00 AZN yerləşdirilmiş həcmi isə 15,000,000.00 AZN təşkil edilmişdir.
İstiqrazların ödəmə tarixi 11.01.2022-ci il.
Hərrac iştirakçıları 15 yanvar 2020-ci il (T+1) tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.