
Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımovun rəhbərlik etdiyi nümayəndə heyəti Dünya Bankı və Beynəlxalq Valyuta Fondunun İllik Toplantıları çərçivəsində bir sıra aparıcı maliyyə institutları ilə görüşlər keçirib.
Mərkəzi Banka istinadla BBN.az xəbər verir ki, nümayəndə heyəti “Abu Dhabi Commercial Bank”, “Mizuho Bank”, “UBS” və “Federal Reserve Bank of New York” kimi maliyyə qurumlarının təmsilçiləri ilə müzakirələr aparıb.
Görüşlərdə qlobal makroiqtisadi vəziyyət, Azərbaycanın maliyyə sektorundakı cari meyillər və inkişaf perspektivləri, həmçinin maliyyə sektorları arasında əməkdaşlığın genişləndirilməsi məsələləri diqqət mərkəzində olub.
Qeyd edək ki, 13–18 oktyabr tarixlərini əhatə edən ABŞ səfəri çərçivəsində keçirilən görüşlər Mərkəzi Bankın və ölkənin maliyyə sektorunun beynəlxalq maliyyə institutları ilə əməkdaşlığının dərinləşdirilməsi, eləcə də strateji dialoqun möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edib.







