Home » Maliyyə xaosuna görə Böyük Britaniyanın Baş naziri 44 gündən sonra istefa verdiyini açıqladı

Maliyyə xaosuna görə Böyük Britaniyanın Baş naziri 44 gündən sonra istefa verdiyini açıqladı

by bbnadm
0 rəy 0 baxış 2 dəqiqə oxuma

Son 24 saatda Böyük Britaniyada siyasi xaos hökum sürüb. Belə ki, rəhbərlik etdiyi Mühafizəkarlar Partiyasının dəstəyini itirən və tənqidlərə məruz qalan Baş nazir Liz Truss vəzifəsindən istefa verdiyini açıqlayıb. İstefasından bir neçə gün əvvəl isə açıqlamasında qeyd etmişdir ki, o, partiya tərəfindən seçilmiş nazirdir və döyüşçüdür, vəzifəsini növbəti seçkilərə qədər davam etdirəcək.

BBN.az ABC News TV-yə istinadən xəbər verir ki, o, Böyük Britaniyanın Baş nazir postunda ən qısa müddət xidmət edən nazir kimi yadda qalıb, cəmi 44 gün.

Onun istefa verməsinin səbəblərindən biri isə “vergi endirimləri” ilə bağlı planının maliyyə bazarında xaos yaratması, daha sonra isə üzr istəməsi olub. Eyni zamanda, sabiq Baş nazir iddia edirdi ki, Rusiya-Ukrayna müharibəsindən dolayı gəlirlərini artıran neft şirkətlərindən əlavə vergilərin alınması məqsədəuyğun deyil.

ABC News-dan deyilib ki, Böyük Britaniya yeni Baş nazirini gələcək həftə elan edəcək, ehtimallar arasında onun sabiq nazir, Mühafizəkarlar Partiyasının lideri Boris Johnson-un olacağıdır. Belə ki, o cəmi 6 həftədir ki, Downstreet 10-dakı mənzil qərargahını tərk edib. Boris Johnson-un işdən çıxarılmasının səbəblərindən biri isə xalqa yalan deməsi, koronavirus pandemiyası zamanı hər kəsin karantində olduğu bir vaxtda mənzil qərargahında əyləncəli yığıncaq təşkil etməsi olmuşdur. Bəzi ekspertlər isə deyirlər ki, Boris hazırda etibar ediləcək yeganə şəxsdir və o xalqına xidmət etməyi sevir.

Ekspertlər isə bildirirlər ki, siyasi xaos sadə xalq üçün olduqca çətindir, belə ki, qarşıdan qış gəlir və inflyasiya isə ABŞ ilə müqayisədə olduqca yüksəkdir. Yeri gəlmişkən, ABŞ-ın prezidenti Joe Biden isə Liz Truss-un istefa verməsi ilə bağlı deyib ki, “Böyük Britaniya öz siyasi məsələrini həll etmək gücünə malikdir, Lis Truss-a gəlincə, o yaxşı partnyor idi”. 

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.