“Manchester United” 2021-2022-ci illərdə 115.5 milyon funt sterlinq itirib

“Manchester United” 2021-2022-ci illər mövsümündə mənfəətini 18% artıraraq 583.2 milyon funt sterlinqə çatdırsa da, eyni dövrdə 115.5 milyon funt sterlinq itirib.

BBN.az bu haqda BBC-yə istinadən xəbər verir. 

İyun ayında maliyyə ilinin sonunu daxil edən açıqlanan rəqəmlər, itkilərin 2021-ci ilə nisbətən 23,3 milyon funt sterlinq artdığını göstərib. 

2022-ci ildə klubun borcları da yüksəlib 419.5 milyon funt sterlinqdən 514.9 milyon funt sterlinqə, artım isə 22%-dən çoxdur.

“Manchester United”ın baş icraçı direktoru Richard Arnold deyib ki, “bizim klubun məqsədi futbol matçında qələbə qazanmaq və fanatları əyləndirməkdir”.

Maliyyə rəhbəri Cliff Baty isə bildirib ki, “2022-ci il ilə bağlı maliyyə nəticələri bizim pandemiyadan sağaldığımızı əks etdirən rəqəmlərdir. Fanatlar bütövlüklə geri qayıdıb, kommersiya əməkdaşlıqları investisiyaları artırıb”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır