Home » Mask: 20 ildən sonra insanlar şüurunu robota köçürərək əbədi yaşaya biləcəklər

Mask: 20 ildən sonra insanlar şüurunu robota köçürərək əbədi yaşaya biləcəklər

by Zeyneb
0 comments 0 views 1 minutes read

Məşhur sahibkar İlon Mask hesab edir ki, artıq 20 ildən sonra insanlar öz zehnlərini robotlara yükləyə biləcəklər. Yəni şüur və xatirələrin bioloji olmayan bədənə köçürülməsi mümkün olacaq. O, bu barədə Leks Fridman ilə podkastında danışıb.

Maskın sözlərinə görə, bu texnologiya “rəqəmsal ölümsüzlüyə” doğru atılan mühüm addım ola bilər. O, ideyanı öz layihələri ilə — beyin-kompüter interfeysi üzərində çalışan “Neuralink” startapı və insanabənzər robotlar hazırlayan “Tesla Optimus” proqramı ilə əlaqələndirib.

Sahibkar bildirib ki, əgər proses təhlükəsiz olarsa və insanlara xatirələrini qorumağa və ya qabiliyyətlərini artırmağa imkan versə, çoxları bu imkanlardan yararlanmaq istəyəcək.

Əslində söhbət neyro-məlumatların ehtiyat surətinin çıxarılması, şüurun maşınla birləşdirilməsi və ya şəxsiyyətin süni bədənə köçürülməsi kimi konsepsiyalardan gedir. Mask qeyd edib ki, belə texnologiyalar insanların fiziki ölümündən sonra da varlığını davam etdirməsinə şərait yarada bilər, lakin bu hələ uzaq perspektiv kimi qiymətləndirilir.

Mütəxəssislər isə xəbərdarlıq edirlər ki, “zehni yükləmə” reallığa çevrilməzdən əvvəl ciddi elmi və etik maneələr aradan qaldırılmalıdır. Hazırda alimlər insan şüurunu rəqəmsal formaya çevirməyin texniki mexanizmini tam anlamırlar. Bundan başqa, şəxsiyyət hüquqları, kimliyin qorunmasızehnə müdaxilə riskləri kimi məsələlər də açıq qalır.

Bütün skeptisizmə baxmayaraq, Mask əmindir ki, neyrotexnologiyalarrobot texnikasının sürətli inkişafı insanın maşınla birləşə biləcəyi dövrü yaxınlaşdırır.

You may also like

Leave a Comment

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.