Home » May ayında 2,3 milyondan çox şəxsə pensiya, müavinət, təqaüd və ünvanlı sosial yardım ödənilib

May ayında 2,3 milyondan çox şəxsə pensiya, müavinət, təqaüd və ünvanlı sosial yardım ödənilib

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu tərəfindən may ayı üzrə ümumilikdə 2,3 milyondan çox şəxsə sosial təminat növləri üzrə ödənişlər həyata keçirilib.

Həmin şəxslərdən 1 milyon 268 min nəfərinə pensiya, 417 min nəfərinə müavinət, 297 min nəfərinə təqaüd ödənilib.  83 min ailə üzrə 350 min ailə üzvünə isə ünvanlı sosial yardım ödənişi edilib.

May ayında sosial ödəniş alanların sayı ötən ilin may ayı ilə müqayisədə 6,8 faiz və ya 148 min nəfər çox olub.

Ötən ay pensiya, müavinət, təqaüd və ünvanlı sosial yardımların  maliyyələşdirilməsinə ümumilikdə 474 milyon manat vəsait yönəldilib ki, bu da 2019-cu ilin müvafiq göstəricinə nisbətən 24,8 faiz və ya 94 milyon manat çoxdur.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.