Home » May ayında KOB subyektləri üçün hansı sahəvi görüşlər təşkil olunacaq?

May ayında KOB subyektləri üçün hansı sahəvi görüşlər təşkil olunacaq?

by bbnadm
0 rəy 1 baxış 1 dəqiqə oxuma

May ayında mikro, kiçik və orta biznes (KOB) subyektləri üçün üzüm, bal, şərab və orqanik məhsulların istehsalına, pandemiya ilə əlaqədar ictimai-iaşə sektorunda mövcud vəziyyətə, sahibkarların mühasibatlıq və hüquq xidmətlərinə çıxışına dair sahəvi, eləcə də biznes subyektlərinin maliyyə xidmətləri, ixracın təşviq mexanizmləri barədə məlumatlıq səviyyəsinin artırılması üçün maarifləndirici görüşlər təşkil olunacaqdır. 

KOB subyektləri İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə keçiriləcək onlayn görüşlərlə bağlı ətraflı məlumatı Agentliyin rəsmi internet səhifəsindən əldə edə bilərlər (https://smb.gov.az/az/events?slug=tedbir).

Sahəvi görüşlərdə aidiyyəti dövlət qurumlarının və biznes assosiasiyaların nümayəndələrinin iştirakı ilə sahibkarları narahat edən problemlər və onların həlli yolları müzakirə ediləcək, müvafiq sahələr üzrə KOB-ların ehtiyacları və təklifləri öyrəniləcək, sahibkarları maraqlandıran suallar cavablandırılacaq. Həmçinin, sahəvi görüşlərdə sahibkarlar tərəfindən qaldırılan məsələlərin həlli üçün dövlət-sahibkar əməkdaşlığı platforması çərçivəsində müvafiq tədbirlər görüləcəkdir. 

KOBİA sahibkarları may ayında keçiriləcək sahəvi görüşlərdə aktiv iştirak etməyə dəvət edir. Eyni zamanda sahibkarlar müzakirəsinə ehtiyac duyduqları məsələlərlə bağlı sahəvi görüşlərin keçirilməsi üçün təkliflərini Agentliyə təqdim edə bilərlər (info@smb.gov.az).

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.