Home » MDM-in 2024-2026-cı illər üzrə İnkişaf Strategiyasının təqdimatı keçirilib

MDM-in 2024-2026-cı illər üzrə İnkişaf Strategiyasının təqdimatı keçirilib

by anar
0 rəy 0 baxış 1 dəqiqə oxuma

Azərbaycan Respublikasının Milli Depozit Mərkəzi (MDM) tərəfindən ölkədə fəaliyyət göstərən investisiya şirkətlərinin nümayəndələri üçün MDM-in 2024-2026-cı illər üzrə İnkişaf Strategiyasının təqdimatı keçirilmişdir.

Tədbirdə çıxış edən MDM-in İdarə Heyətinin sədri Ağahüseyn Xudaverdiyev təşkilatın yeni strateji baxışı və missiyası barədə məlumat verərək, strategiyanın hədəfləri, onlardan irəli gələn təşəbbüs və fəaliyyətlər barədə ətraflı məlumatları tədbir iştirakçılarının diqqətinə çatdırdı.

Qeyd olundu ki, Strategiyada MDM-in transformasiyası, o cümlədən təkmil korporativ idarəetmə və informasiya təhlükəsizliyinə malik olan, geniş imkanlar təqdim edən quruma çevrilməsi nəzərdə tutulub. Bununla yanaşı qiymətli kağızlar üzrə hesablaşmalar və kastodian xidmətlərinin qabaqcıl beynəlxalq təcrübəyə uyğunlaşdırılması da prioritet hədəf hesab olunur.

Tədbir zamanı investisiya şirkətlərinin nümayəndlərinin sualları cavablandırıldı, iştirakçılar arasında kapital bazarının inkişafı, o cümlədən müasir tendensiya və çağırışlara dair fikir mübadiləsi aparıldı.

Strategiyanın icrası ilə bağlı investisiya şirkətləri ilə səmərəli kommunikasiyanın vacibliyi vurğulanaraq davamlı görüşlərin keçirilməsi razılaşdırıldı.

Strategiyanın yaxın günlərdə ictimaiyyətə açıqlanması nəzərdə tutulur.

Oxşar xəbərlər

Rəy bildir

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.