Home » “Meta” 600 süni intellekt mühəndisini işdən çıxarır

“Meta” 600 süni intellekt mühəndisini işdən çıxarır

by yunus
0 comments 1 views 1 minutes read

“Meta” şirkəti süni intellekt departamentində aparılan yenidənqurma çərçivəsində təxminən 600 əməkdaşını işdən çıxarır.

BBN.az xəbər verir ki, şirkətin süni intellekt üzrə rəhbəri Aleksandr Vanq işçilərinə göndərdiyi məktubda bu qərarın “super intellekt laboratoriyası” daxilində aparılan struktur dəyişikliklərlə bağlı olduğunu bildirib.

“Meta” son aylarda “OpenAI”, “Anthropic” və “Google” kimi şirkətlərlə rəqabətdə süni intellekt sahəsində fəallığını artırmış, milyonlarla dollarlıq maaş təklifləri ilə rəqib şirkətlərdən 50-dən çox tədqiqatçını öz heyətinə cəlb etmişdi. Lakin “OpenAI”ın baş direktoru Sem Altman bildirib ki, onların ən yaxşı mütəxəssisləri bu təklifləri qəbul etməyiblər.

Aleksandr Vanq məktubunda qeyd edib:“Komandamızın ölçüsünü kiçildərək qərarların qəbulunu daha çevik edəcəyik. Hər bir əməkdaş daha çox məsuliyyət daşıyacaq, daha geniş səlahiyyət və təsir imkanına malik olacaq.”

Məlumata görə, “Meta”nın ümumi işçi sayı əhəmiyyətli dərəcədə azalmayacaq. Şirkət bildirir ki, işdən azad edilənlərin əksəriyyəti “Meta” daxilində digər şöbələrdə yeni vəzifələrdə çalışma imkanı qazana biləcək.

You may also like

Leave a Comment

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.