Home » “Metatesk” Azərbaycanın innovasiya gücünü “Teknofest”də təmsil edib

“Metatesk” Azərbaycanın innovasiya gücünü “Teknofest”də təmsil edib

by Aytac
0 rəy 1 baxış 1 dəqiqə oxuma

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) operatoru olduğu “Enterprise Azerbaijan” portalının həyata keçirdiyi “Startup School” layihəsində 2-ci yerin qalibi olmuş “Metatesk” komandası Türkiyənin ən böyük “Teknofest” festivalında iştirak edib və böyük uğur qazanıb. Festival çərçivəsində “Metatesk” komandası yeni tərəfdaşlıq təklifləri alıb və investisiya imkanları əldə edib.

“Metatesk”in stendi kifayət qədər diqqət çəkib. Stendin ziyarətçiləri arasında Türkiyənin xəzinə və maliyyə naziri Mehmet Şimşek, sənaye və texnologiya naziri Mehmet Fatih Kacır, “Bayraktar” pilotsuz uçuş aparatının (PUA) yaradıcısı və təsisçisi Selçuk Bayraktar və Türkiyə Gənclik Vəqfinin qurucusu Bilal Ərdoğan da olub.

Türkiyənin Ankara şəhərində baş tutan beşgünlük “Teknofest” Aviasiya, Kosmik və Texnologiya festivalında Azərbaycanı “Metatesk” (təhsil), “Ednify” (təhsil), “SmartROW” (rabitə) və “Azirrigation” (kənd təsərrüfatı) startapları təmsil edib.  Bu layihələr təmsil etdikləri sahələr üzrə innovativ həllərin tətbiqinə yönəlib.

Oxşar xəbərlər

Rəy bildir

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.