
“Microsoft Corp.” Avstraliyanın “IREN Ltd.” şirkəti ilə 5 illik müddətə təxminən 9,7 milyard dollar dəyərində bulud hesablama resurslarının alınmasına dair müqavilə imzalayıb.
BBN.az xəbər verir ki, IREN-in yaydığı məlumata görə, müqavilə çərçivəsində “Microsoft” “Nvidia Corp.” tərəfindən istehsal olunan və süni intellekt texnologiyalarını dəstəkləyən GB300 sistemlərinə çıxış əldə edəcək.
Bu razılaşmadan sonra “Microsoft” IREN-in ən böyük müştərisinə çevriləcək.
Qeyd edək ki, 2024-cü ilin əvvəlindən bəri “Nasdaq” birjasında IREN səhmlərinin qiyməti süni intellekt üçün hesablama gücünə artan tələbin təsiri ilə 6 dəfədən çox bahalaşıb. Şirkət əvvəllər əsasən bitkoin mədənçiliyi ilə məşğul olub.
“Microsoft”un səhmləri isə bazar öncəsi ticarətdə 0,2% artıb. Şirkətin bazar kapitallaşması ilin əvvəlindən bəri 23% yüksələrək 3,85 trilyon dollara çatıb.







