Home » Milli Depozit Mərkəzi rəqəmsallaşma səviyyəsini artırır

Milli Depozit Mərkəzi rəqəmsallaşma səviyyəsini artırır

by anar
0 rəy 0 baxış 1 dəqiqə oxuma

Məlum olduğu kimi, 17-24 sentyabr 2024-cü il tarixlərində Azərbaycan Beynəlxalq Bankının (ABB) səhmlərinin kütləvi yerləşdirilməsi uğurla həyata keçirilmişdir. Abunə yazılışı üsulu ilə həyata keçirilən yerləşdirmə zamanı investorlar bank mobil tətbiqi vasitəsilə sifarişlərini yerləşdirmək imkanı əldə etmişdilər. Bu məqsədlə, Azərbaycan Respublikasının Milli Depozit Mərkəzi (MDM) depo hesablarının açılması üçün müvafiq API-lar təqdim etmişdir.
Növbəti mərhələdə, ABB səhmlərinin bank mobil tətbiqi vasitəsilə təkrar bazarda ticarətinin təşkil olunması nəzərdə tutulmuşdur. Bu məqsədlə, MDM, Bakı Fond Birjası və bir sıra banklar tərəfindən müvafiq işlər görülmüşdür. Belə ki, MDM API vasitəsilə investorların balansları və əqdlərin hesablaşma statusları barədə məlumatların mobil tətbiqlərə ötürülməsini təmin etmişdir.
Qeyd edək ki, MDM-in 2024-2026-cı illər üzrə inkişaf strategiyasının “Əməliyyat və Xidmət Effektivliyinin Artırılması” hədəfi çərçivəsində “Rəqəmsallaşma səviyyəsinin artırılması” təşəbbüsü müəyyən edilmişdir.

Oxşar xəbərlər

Rəy bildir

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.