Home » Milli Məclisin payız sessiyasının son plenar iclası dekabrın 30-da keçiriləcək

Milli Məclisin payız sessiyasının son plenar iclası dekabrın 30-da keçiriləcək

by Zeyneb
0 comments 1 views 0 minutes read

Milli Məclisin payız sessiyası üzrə son plenar iclası dekabrın 30-da baş tutacaq.

Bu barədə parlamentin bugünkü plenar iclasının yekununda spiker Sahibə Qafarova məlumat verib.

O qeyd edib ki, növbəti plenar iclasın gündəliyi barədə əlavə məlumat veriləcək.

Qeyd edək ki, Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, payız sessiyası sentyabrın 30-da başlayır və dekabrın 30-da sona çatır. Parlament yanvarın 1-dən 15-dək tətilə buraxılır, bu müddətdə deputatlar məzuniyyətdə sayılırlar.

Tətil dövründə Milli Məclisin növbədənkənar sessiyası çağırıldıqda isə tətil dayandırılır və deputatlar məzuniyyətdən geri çağırılır.

Yaz sessiyası isə fevralın 1-də başlayır və mayın 31-dək davam edir.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.