Home » Milli texniki reqlament layihələri ictimai dinləmə və müzakirəyə çıxarılıb

Milli texniki reqlament layihələri ictimai dinləmə və müzakirəyə çıxarılıb

by Zeyneb
0 comments 4 views 1 minutes read

Qeyri-qida istehlak mallarının təhlükəsizliyini təmin edəcək milli texniki reqlament layihələri ictimai dinləmə və müzakirə məqsədilə Agentliyin rəsmi internet səhifəsində yerləşdirilib.

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi tərəfindən milli texniki reqlament layihələrinin ictimai dinləməsi və müzakirəsinə başlanılıb. İctimai müzakirənin keçirilməsində əsas məqsəd texniki reqlament layihələri ilə bağlı rəy və təkliflərin alınması, maraqlı tərəflərin texniki reqlamentlərin hazırlanmasında fəal iştirakının təmin edilməsi, texniki reqlamentlərdə nəzərdə tutulmuş tələblərin və onların tətbiqinin müsbət nəticələrinin geniş ictimaiyyətə çatdırılmasından ibarətdir.

Dövlət orqanları, sahibkarlıq subyektləri, mütəxəssislər və digər maraqlı tərəflər Agentliyin rəsmi internet səhifəsinə (www.competition.gov.az) daxil olaraq “Qanunvericilik” bölməsinin “Texniki reqlament layihələrinin ictimai dinləməsi və müzakirəsi” alt-bölməsi vasitəsilə (link) ictimai dinləmə və müzakirə iştirak edə bilərlər.

Qeyd edək ki, insanların həyat və sağlamlığının, ətraf mühitin, əmlakın və dövlətin maraqlarının mühafizəsinin təmin edilməsi məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 mart 2025-ci il tarixli 61 nömrəli Qərarı ilə qeyri-qida mallarının siyahısı müəyyənləşdirilib. “Milli standartlaşdırma sisteminin beynəlxalq tələblərə uyğunlaşdırılmasına dair 2023-2025-ci illər üçün Dövlət Proqramı”nda nəzərdə tutulmuş tapşırıqların icrasını təmin etmək üçün aidiyyəti dövlət qurumlarının cəlb olunduğu işçi qrupun fəaliyyəti çərçivəsində sözügedən malların təhlükəsizliyinə dair bugünədək 34 milli texniki reqlament layihəsi hazırlanıb.

You may also like

Leave a Comment

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.