![](https://bbn.az/wp-content/uploads/2024/05/Azerbaycan_Kredi_karti_570x90.png)
“Mərkəzi Bankın (FED) faiz dərəcələrini yüksəltməsi ABŞ iqtisadiyyatına zərbə vurur. FED faiz dərəcələrini “çox zərərli” bir səviyyədə yüksəltsə, səhm bazarı dəyər qazanmayacaq. 2023-cü ildə ciddi korreksiyaya səbəb olacaq”.
BBN.az xəbər verir ki, bu haqda investor, milyarder Ray Dalio Business Today-ə müsahibəsində bildirib.
Çərşənbə günü “Bridgewater Associates” yaradıcısı deyib ki, inflyasiya 4-5% ətrafında qərarlaşa bilər ki, bu da FED-in 2%-lik hədəfindən olduqca yüksəkdir. O, xəbərdarlıq edərək deyib ki, əgər bu baş verərsə, ABŞ Mərkəzi Bankı faiz dərəcələrini hazırkı 3%-dən 6%-ə qədər yüksəltməli olacaq: “Bu isə ölkə iqtisadiyyatı üçün çox təhlükəlidir və bütün bazara təsir edəcək, xüsusilə də səhm bazarına”, – deyə qeyd edib.
Bildirmək yerinə düşər ki, bu həftə S&P 500 yüksək inflyasiyadan dolayı 4%-dən çox dəyər itirib. Faiz dərəcələrinin artımının davam etməsi, qaranlıq iqtisadi hesabatlar bazara təsir etməkdədir. Üstəlik, Dow Jones da 1000 baza bəndi, texnologiya ağırlıqlı NASDAQ isə 5% dəyər itirib.