Home » Mingəçevir, Astara və Samuxda sahibkarlarla görüşlər keçirilib

Mingəçevir, Astara və Samuxda sahibkarlarla görüşlər keçirilib

by anar
0 rəy 0 baxış 1 dəqiqə oxuma

Sahibkarlar əməyin təhlükəsizliyi qaydaları, maliyyə resurslarına çıxış alətləri və biznesin inkişafı üçün dövlətin dəstək mexanizmləri barədə məlumatlandırılıb.

Sahibkarlıq fəaliyyətinin qurulması və inkişaf etdirilməsi üçün dövlətin dəstək alətləri, bu sahədə qanunvericilikdəki dəyişikliklər barədə biznes subyektlərinin məlumatlandırıması, suallarının cavablandırılması və çətinliklərinin öyrənilməsi məqsədilə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə regionlarda keçirilən sahəvi və maarifləndirici görüşlər davam etdirilir.

Ötən həftə ərzində Mingəçevir şəhərində, Astara və Samux rayonlarında sahibkarlarla görüşlər keçirilib. Müvafiq dövlət qurumlarının nümayəndələrinin iştirakı ilə təşkil olunmuş görüşlərdə ümumilikdə 70-ə yaxın sahibkar iştirak edib.

Astara rayonunda təşkil olunmuş görüşdə işəgötürənlərə (sahibkarlara) əməyin mühafizəsi və təhlükəsizliyi ilə bağlı qanunvericilikdə nəzərdə tutulan standartlar, norma və qaydalar, əməyin mühafizəsi şəraitinin təmin edilməsi, əmək qanunvericiliyində son dəyişikliklər barədə məlumat verilib.

Samuxda keçirilən görüşdə istixana məhsullarının satışı və toxum istehsalı ilə məşğul olan sahibkarlıq subyektlərinin çətinlikləri dinlənilib, müvafiq sahədə imkanlar müzakirə edilib.

Mingəçevir şəhərində təşkil edilmiş görüşdə isə sahibkarlara maliyyə resurslarına çıxış, güzəştli kreditlər, qrant dəstəyi barədə məlumat verilib, biznesin maliyyələşdirilməsi imkanlarına dair fikir mübadiləsi aparılıb.

Ümumilikdə görüşlərdə sahibkarları maraqlandıran suallar cavblandırılıb, təklifləri dinlənilib, müvafiq istiqamətlər üzrə dövlət qurumlarının nümayəndələri tərəfindən tövsiyə və məsləhətlər verilib.

Oxşar xəbərlər

Rəy bildir

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.