Home » Minlərlə mütəxəssis bu regional marafona qoşulur

Minlərlə mütəxəssis bu regional marafona qoşulur

by bbnadm
0 rəy 0 baxış 2 dəqiqə oxuma

İnnovativ mədəniyyətin inkişafına dəstək verən Azərbaycan Beynəlxalq Bankı IBA Tech Akademiyası ilə birgə ölkəmizdə ilk dəfə olaraq regional hakaton elan edib. “IBA Regional Hackathon” adı altında həyata keçirilən bu təşəbbüs FinTech sferasında ən genişmiqyaslı ideya marafonudur. Hakatonlarda müvafiq bacarıqlara malik peşəkarlar müəyyən mövzularda problemlər ətrafında bir araya gəlir. Problemləri yaradıcı şəkildə həll etmək üçün proqramlaşdırma layihələri hazırlayır.

29 fevral – 1 mart tarixlərində keçiriləcək “IBA Regional Hackathon”unda proqramçılar, dizaynerlər, sahibkarlar, eləcə də maliyyə-texniki sahədə innovasiyaların tətbiqi və inkişafı ilə  maraqlanan hər kəs iştirak edə bilər. İştirakçılar təşkilati tərəfin formalaşdırdığı komandalarda çalışacaq, digər komanda yoldaşları ilə birgə mövcud problemlərə kreativ həllər taparaq öz layihələrini münsiflərə təqdim edəcəklər.

“IBA Regional Hackathon”da formalaşmış komandalara bir neçə mövzu seçimi təklif ediləcək. Bununla belə iştirakçılar özləri də müstəqil şəkildə təşəbbüslər irəli sürə bilərlər. Kiçik və orta sahibkarlığa dəstək, ödənişlər, müştəri məmnuniyyəti və loyallığına dair innovativ ideya və həllərə xüsusi üstünlük veriləcək. 

Burada Azərbaycandan və qonşu ölkələrdən olan 150-dən çox iştirakçıdan formalaşmış ən azı, 35 komandanın gərgin yarışması gözlənilir. Komandalara kömək üçün onlarla dünyanın müxtəlif ölkələrindən dəvət edilmiş 25 peşəkar mentor çalışacaq. Mentorlar da, “IBA Regional Hackathon”una metodoloji dəstək verən təşkilati komanda da Intel, Raiffeisen Bank International, Facebook, Amazon, Vodafon kimi şirkətlər üçün də bu cür tədbirlərin keçirilməsi prosesində iştirak edib.

Hakaton iştirakçılarına öz layihələrinin prototipini hazırlamaqdan ötrü 36 saat vaxt veriləcək. Ən yaxşı layihələr mükafatlandırılacaq. 1-ci yerin  qalibi üçün 10000, 2-ci yerin qalibi üçün 5000, 3-cü yerin qalibi üçün 3000 manat məbləğində mükafat nəzərdə tutulub. İştirakçı irəli sürdüyü ideyanın FinTech və ya bank sistemlərinə gələcək faydalarını göstərə bilsə, təşkilatçı tərəf ideyanın həyata keçirilməsinə dəstək verəcək. Seçilmiş layihələrin müəllifləri layihələrini Azərbaycan Beynəlxalq Bankı ilə birgə reallaşdırmaq imkanı qazanacaqlar. 

Azərbaycan Beynəlxalq Bankının və bankın törəmə müəssisələri olan “Azerikard” prosessinq mərkəzinin və “Bank ABB-Moskva”nın əməkdaşları “IBA Regional Hackathon”unda iştirak etmir.

Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin sədri Abbas İbrahimov bildirib: “Biz çox sürətlə dəyişən dünyada yaşayırıq. Həyatımızı bu dəyişikliklərlə uzlaşdıra biləcək yeni ideyalara ehtiyac var. “IBA Regional Hackathon”-unun keçirilməsi və Azərbaycan Beynəlxalq  Bankının yerinə yetirdiyi digər innovativ layihələr də bu zərurətdən irəli gəlir. Ötən ilin sentyabrında IBA Tech Akademiyasını yaratdıq. “IBA Regional Hackathon”u isə Azərbaycanda innovasiyalar bazarının lideri olmaq üçün növbəti addımımızdır. Bu təşəbbüs innovativ ideyalara malik  istedadlara dəstək olacaq. Onları bir araya gətirəcək, ölkəmizdə IT ekosisteminin inkişafına təkan verəcək. Əlbəttə, bu tədbir IT və biznesin inteqrasiyasına, maliyyə-texniki sahədə bir sıra faydalı innovativ layihələrin reallaşdırılmasına da kömək göstərəcək”.

“IBA Regional Hackathon” Bakı Ekspo Mərkəzində təşkil olunacaq. Ətraflı məlumat və qeydiyyat üçün: https://www.ibahackathon.com

Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə məlumatları bankın 37 filial və 39 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.