Home » “Moody’s”: Azərbaycan iqtisadiyyatında artımın orta müddətdə sabit qalacağı gözlənilir

“Moody’s”: Azərbaycan iqtisadiyyatında artımın orta müddətdə sabit qalacağı gözlənilir

by Aytac
0 comments 0 views 1 minutes read

Beynəlxalq reytinq agentliyi Moody’s 2026-cı ilin yekunlarına görə Azərbaycan iqtisadiyyatının təxminən 1,5 faiz artacağını proqnozlaşdırır.

BBN.az xəbər verir ki, bu barədə agentliyin yaydığı hesabatda bildirilib.

Hesabata əsasən, 2026-cı ilin yekunlarında iqtisadi artımın ümumilikdə 1,5 faiz səviyyəsində sabit qalacağı, orta müddətli perspektivdə isə artım tempinin orta hesabla 2,0–2,5 faiz təşkil edəcəyi gözlənilir.

Agentliyin qiymətləndirməsinə görə, iqtisadiyyatın şaxələndirilməsi istiqamətində həyata keçirilən islahatlar, rəqəmsal infrastruktur layihələrinə yatırımlar və regional bağlantı layihələrinin inkişafı qeyri-neft sektorunun genişlənməsini dəstəkləyən əsas amillər olacaq.

Moody’s qeyd edir ki, 2026-cı ilin birinci rübündə Azərbaycanın real ÜDM-i illik müqayisədə 0,3 faiz azalıb. Bununla yanaşı, ilin ilk beş ayında real ÜDM ötən ilin eyni dövrü ilə müqayisədə ümumilikdə dəyişməyib.

Hesabatda vurğulanır ki, neft yataqlarının tükənməsi nəticəsində hasilatda müşahidə olunan azalma qeyri-neft sektorunda iqtisadi fəallığın artımı hesabına kompensasiya edilib. Xüsusilə informasiya-kommunikasiya texnologiyaları (İKT), turizm və emal sənayesi sahələrində müsbət dinamika davam edib.

Agentlik həmçinin bildirir ki, dövlət maliyyəsinin idarə olunması, rəqəmsal idarəetmə, bank sektorunun tənzimlənməsi və fiskal nəzarətin gücləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər institusional keyfiyyətin tədricən yaxşılaşmasına töhfə verir.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.