Home » Morgan Stanley: “Asiyada inflyasiya digər regionların əsas iqtisadiyyatlar ilə müqayisədə pik həddə çatıb”

Morgan Stanley: “Asiyada inflyasiya digər regionların əsas iqtisadiyyatlar ilə müqayisədə pik həddə çatıb”

by bbnadm
0 rəy 0 baxış 2 dəqiqə oxuma

“Asiyada inflyasiya ABŞ, Avropa kimi əsas iqtisadiyyatlar ilə müqayisədə pik həddə çatıb”.

BBN.az CNBC.com-a istinadən xəbər verir ki, bu haqda “Morgan Stanley”in Asiya üzrə baş iqtisadçısı deyib.

“Əgər hesabatlara baxsanız inflyasiyanın artıq pik həddə çatdığının şahidi ola bilərsiniz. Ən vacibi, daha da irəli getsək, biz fikirləşirik ki, inflyasiya üçün aşağı risklər var”, – deyə investisiya bankından Chetan Ahya bazar ertəsi günü CNBC-nin “Squawk Box Asia” proqramında deyib. 

“Asiyada orta inflyasiya 5.5%-ə çatıb və bu pik səviyyələrdən təxminən yarım faiz aşağı düşüb. ABŞ-da 9%-ə çatan və Avropada da təxminən 8,5% və 9% ilə müqayisədə belədir. Laki iqtisadçı əlavə edib ki, bu hələ də Asiyada iqtisadi inkişafın əlamətləri sayıla bilməz, belə ki, hələ də regionun bir çox ölkələrində iqtisadi inkişaf pandemiyadan əvvəlki səviyyədən aşağıdır. 

“Asiyadakı bərpa vəziyyətini təsvir edəcəyim yol belədir. Bir çox iqtisadiyyatlar dövrünün orta mərhələsindədir. Düşünürəm ki, inflyasiyanın nəzarət altına alınacağını və Mərkəzi Bankların faiz dərəcələrində kəskin dəyişiklik etməyəcəyini düşünməyimizin ən vacib səbəbi budur”. 

Məsələn, ötən həftə Tayland Mərkəzi Bankının rəhbəri Sethaput Suthiwartnarueput demişdir ki, “bankın qəhrəmancasına böyük faiz artımına getməsinə ehtiyac yoxdur. Çünki ölkə iqtisadiyyatı ilin sonunda pandemiyadan əvvəlki səviyyəyə çatacaq”.   

Morgan Stanley-in iqtisadçısı, həmçinin, mallara tələbin qlobal miqyasda, xüsusilə Asiyada inflyasiya üçün əsas faktor olduğunu söyləyib. 

Ahya əlavə edib ki, ABŞ-da pandemiyadan dolayı mallara olan tələb rekorda çatmışdı, bu da tələb-təklifdə balansın pozulmasına səbəb olurdu. Lakin indi bu düzəlir, çünki tələb enib.

Bundan əlavə, Asiyanın əmək bazarları – ABŞ-dan fərqli olaraq – güclü deyil və bu, bölgədə inflyasiya təzyiqlərini saxlamağa kömək olur. 

Zəif ixrac artımı

Asiyanın inflyasiya mənzərəsi digər regionlar ilə müqayisədə daha nəzarətdə görünür, ancaq Wall Street Bank-dan deyiblər ki, region üçün ixrac proqnozu zəif olaraq qalır. 

Ekspert əlavə edib ki, Asiya üçün ixrac perspektivləri yaxşı görünmür. 

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.