Home » Müharibə və təchizat problemindən dolayı Avropada inflyasiya yüksəlir

Müharibə və təchizat problemindən dolayı Avropada inflyasiya yüksəlir

by bbnadm
0 rəy 0 baxış 3 dəqiqə oxuma

Avropalılar enerji qiymətlərinin yüksəlməsi problemi ilə üzləşməkdədir.  

BBN.az xəbər verir ki, bu haqda DW Business-in Avropa ilə bağlı hazırladığı xüsusi TV buraxılışında bildirilib. 

Qeyd edilib ki, Ukrayna və Rusiya müharibəsi və Çin ilə bağlı yaranan təchizat problemindən dolayı Avropada inflyasiya yüksəlir. Böyük Britaniyada yeni potensial Baş nazirlər – Liz Truss, yaxud Rishi Sunak iqtisadi problemlər ilə üz-üzə qalacaq. 

Statista, Milli Statistikalar Bürolarının məlumatına, əsasən 2022-ci ilin iyul ayında Estoniyada inflyasiya 23.2%, Latviyada 21.3%, Litva 20.9%, Avrozonada 8.9%, (avqust 9.1%), Fransa 6.8%, Almaniya 8.5%, Böyük Britaniya 10.1%, İsveçrə 3.3%. İsveçrədə göstəricilər az kimi görünsə də, əslində bu son 30 ildə ən yüksək rəqəmlərdir.

HQTrust-ın baş iqtisadçısı Michael Heise isə deyib ki, yüksək qiymətlər ən çox aşağı gəlirliliyi olan şəxslərə təsir etməkdədir: “Nəticələrə, əsasən demək olar ki, rəqəmlər qaranlıq görünür. Qanunyaradanlar isə xüsusilə qış ayları üçün, aşağı gəlirliliyi olan şəxslərin itkilərini kompensasiya etməkdən dolayı xüsusi proqramlar işləyib hazırlamalıdırlar. Çünki bir çox ailələr yüksək qiymətlər və enerji qiymətinin artması ilə başa çıxa bilmirlər”. 

Michael Heise, həmçinin Rusiyanın qış aylarında Avropaya təbii qaz axınını ilə bağlı müsbət və mənfi ssenarilərini paylaşıb.

“Ən pis ssenari hamının gözlədiyi, Rusiyanın axını tamamilə dayandırmasıdır, bu isə enerji qiymətlərinin və yaşayış xərclərinin artması deməkdir”. O, qeyd edib ki, enerji və təbii qaz bir-biri ilə bağlı olan məsələlərdir, elektrik təbii qazdan yaranır, təbii qazın qiymətinin yüksəlməsi, həmçinin enerji bazarında qiymətin artmasına gətirib çıxaracaq.

Müsbət ssenari isə müharibənin taleyində (Rusiya-Ukrayna) tərəflərin razılığa gəlməsidir. Bu isə enerji qiymətlərinin normal səviyyəyə çatmasına səbəb olacaq. Həmçinin Avropanın yenilənə bilən enerji məsələsində addımlarının atılması ola bilər.

Avropanın ən böyük iqtisadiyyatlarının olduğu ölkələrin rəsmiləri isə gələcək ilə bağlı müsbət fikirdədirlər. Məsələn,

Almaniyanın Baş naziri Olaf Scholz isə deyib ki, Rusiya ilə bağlı yaranan təbii qaz problemi hökumətin nəzarəti altındadır: “Biz özümüzü buna (təchizatın dayandırılmasına-red.) hazırlamışıq, bu isə realizə etmək üçün yaxşı xəbərdir”. 

Rusiyanın təbii qazından o qədər də asılı olmayan Böyük Britaniyanın Baş naziri Boris Johnson isə qeyd edib ki, “Avropa Rusiyadan enerji asılılığı məsələsində müstəqil olacaq”.

Qeyd edək ki, ötən həftə Rusiya Nord Stream təbii qaz kəməri ilə Avropaya axını qeyri-müəyyən müddətə (daha öncə 3 gün bildirmişdilər-red.) tamamilə dayandırıb. 

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.