Home » “Nağdsız ödənişlərə dəstək verin!” çağırışlı videoçarx hazırlanıb

“Nağdsız ödənişlərə dəstək verin!” çağırışlı videoçarx hazırlanıb

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti vətəndaşların maarifləndirilməsi istiqamətində tədbirlərini davam etdirir. Qurumun “Nağdsız ödənişlərə dəstək verin!” sosial çağırışlı növbəti videoçarxı da bu qəbildəndir.

Videoçarx: https://www.youtube.com/watch?v=S78jQ5690b4

Videoçarxda istehlakçıların POS-terminallardan istifadə etməsinin vacibliyi diqqətə çatdırılır, eləcə də kartla və birbaşa təmas olmadan ödənişin virusdan qorunmaq baxımından əhəmiyyəti vurğulanır. Videoçarx nağdsız ödənişlərin üstünlüklərini təbliğ edən maarifləndirici tədbirlərin davamıdır. “Alış-veriş zamanı POS-terminaldan istifadə edin!”, “Kartla ödəyin, hətta virusdan qorunun!”, “Nağdsız ödənişlərə dəstək verin!” çağırışları pandemiya və “kölgə iqtisadiyyatı” ilə mübarizənin vəhdətini yaradır.

Videoçarxın daha bir hədəfi vergi ödəyicilərini maliyyə sanksiyalarına məruz qalmaqdan qorumaqdır. Belə ki, POS-terminalların quraşdırılması məcburi olan obyektlərdə həmin aparatların quraşdırılmaması və POS-terminal quraşdırılmış obyektlərdə nağdsız ödənişlərin qəbulundan imtina edilməsinə görə vergi ödəyicisinə maliyyə sanksiyası tətbiq olunur. Videoçarx bu məqamı vurğulamaqla, istehlakçılarla yanaşı, sahibkarların da maarifləndirilməsinə xidmət edir.

Qeyd edək ki, nağdız ödənişlərin stimullaşdırılması İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin prioritet istiqamətləridəndir. Bu, həm də “kölgə iqtisadiyyatı”nın azaldılması baxımından mühüm əhəmiyyət daşıyır.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.