Home » Naxçıvanda qeyri-dövlət sektorundan vergi daxilolmaları 21,6 faiz artıb

Naxçıvanda qeyri-dövlət sektorundan vergi daxilolmaları 21,6 faiz artıb

by anar
0 comments 1 views 1 minutes read

2025-ci ilin yanvar – noyabr ayları ərzində Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə büdcəyə 233 milyon manata yaxın vergi daxil olub ki, bu da ötən ilin eyni dövrünə nisbətən 14,9 faiz və ya 30,2 milyon manat çoxdur.

Qeyri-dövlət sektorundan daxilolmalar 166,6 milyon manat təşkil edib. 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə bu sektordan vergi daxilolmaları 29,6 milyon manat və ya 21,6 faiz artıb.

Ödənilən vergilərin 71,5 faizi qeyri-dövlət sektorunun, 28,5 faizi isə dövlət sektorunun payına düşüb.

Bundan başqa, 2025-ci ilin yanvar – noyabr aylarında Naxçıvan Muxtar Respublikasında işsizlikdən sığorta haqları üzrə daxilolmalar ötən ilin müvafiq dövrü ilə müqayisədə 4,1 faiz artaraq 4,1 milyon manata yaxın olub. Həmin dövrdə icbari tibbi sığorta haqları üzrə ödəmələr 2024-cü ilin eyni dövrünə nisbətən 8 faiz artıb və 27,6 milyon manatdan artıq təşkil edib.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.