Home » Naxçıvanda “Sığorta Festivalı” keçiriləcək

Naxçıvanda “Sığorta Festivalı” keçiriləcək

by ulviyya
0 rəy 1 baxış 1 dəqiqə oxuma

Azərbaycan Respublikasının Mərkəzi Bankı, Azərbaycan Sığortaçılar Assosiasiyası və İcbari Sığorta Bürosunun birgə əməkdaşlığı çərçivəsində Azərbaycanda sayca ikinci dəfə “Sığorta Festivalı” keçirilir.

6 sentyabr saat 19:00-da Sığorta Festivalı Naxçıvanda təşkil olunacaq. Cəlil Məmmədquluzadə adına Dövlət Dram Teatrının qarşısında baş tutacaq tədbir ölkədə fəaliyyət göstərən sığorta şirkətlərinin iştirakı ilə keçiriləcək.

Festival çərçivəsində sığorta maarifləndirməsi prosesi əyləncəli şoular, musiqili proqramlar və hədiyyəli yarışmaların müşayiətilə aparılacaq.

Layihənin məqsədi geniş əhali qruplarının və biznes nümayəndələrinin sığorta sahəsində bilik və təsəvvürlərinin artırılması və onların sığorta xidmətlərinə cəlb olunmasının təşviq edilməsindən ibarətdir.

Yayın ən əyləncəli və öyrədici festivalını qaçırmayın! Gəlin bu festivalı birlikdə unudulmaz edək!

Oxşar xəbərlər

Rəy bildir

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.