Home » Nazir Məcnun Məmmədov Misirin Azərbaycandakı səfiri ilə görüşüb

Nazir Məcnun Məmmədov Misirin Azərbaycandakı səfiri ilə görüşüb

by anar
0 comments 0 views 1 minutes read

Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Misir Ərəb Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Hişam Mohamed Nağı Abdel Həmid ilə görüşüb.

Qonağı salamlayan kənd təsərrüfatı naziri Məcnun Məmmədov bildirib ki, ölkələrimiz arasında mövcud olan sıx dostluq əlaqələri bütün sahələrdə olduğu kimi, kənd təsərrüfatı sahəsində də əməkdaşlığı inkişaf etdirməyə imkan verir. Azərbaycanda aqrar sektora dövlət dəstəyi barədə qonağa məlumat verən nazir bildirib ki, ölkəmiz Misir ilə aqrar sahədə əməkdaşlığı genişləndirməkdə maraqlıdır.

Tərəflər Azərbaycan ilə Misir arasında aqrar sahədə hüquq-müqavilə bazasının gücləndirilməsi, kənd təsərrüfatı və qida məhsullarının ticarət dövriyyəsinin artırılması, Misirdən olan sahibkarların Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisində (“Caspian Agro”) iştirakı və digər məsələləri müzakirə ediblər. Vurğulanıb ki, iki ölkə arasında kənd təsərrüfatı sahəsində qarşılıqlı əlaqələrin genişləndirilməsi üçün böyük potensial mövcuddur.

Görüş zamanı qarşılıqlı maraq doğuran məsələlər barədə geniş fikir mübadiləsi aparılıb.

You may also like

Leave a Comment

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.