Home » Nazirliyin rəsmi internet səhifəsində onlayn əlaqə xidməti istifadəyə verildi

Nazirliyin rəsmi internet səhifəsində onlayn əlaqə xidməti istifadəyə verildi

by bbnadm
0 rəy 5 baxış 1 dəqiqə oxuma

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi  internet səhifəsində (sosial.gov.az) onlayn əlaqə xidməti bu gündən istifadəyə verildi. Məqsəd vətəndaşlarla ünsiyyət  və onların nazirliyə müraciət imkanlarının daha da genişləndirilməsi, vətəndaş müraciətlərinin, sorğularının real vaxt rejimində də operatv cavablandırılması mexanizminin tətbiqidir.

Bu xidmət vasitəsilə vətəndaşlar nazirliyin fəaliyyət istiqamətlərinə aid olan bütün məsələlər üzrə (sosial müdafiə, əlilliyin müəyyən edilməsi və reabilitasiya, məşğulluq, əmək qanunvericiliyi, elektron xidmətlər və s.) suallarını yaza bilərlər.

Nazirliyin rəsmi  internet səhifəsinə daxil olan şəxs səhifədə onlayn əlaqə (canlı çat) xidməti işarəsinə toxunduqdan sonra açılan lövhədə öz sualını (və ya suallarını) qeyd edir. Bu suallar 142-Çağrı mərkəzinin operatorları tərəfindən avtomatik qeydə alınır və cavablandırılır.

Cavablandırma xidmətinin sonunda vətəndaş onlayn əlaqə vasitəsilə göstərilən bu xidmətin keyfiyyətinin qiymətləndirilməsi üçün təklif olunan sorğuda da iştirak edə bilər.

Onlayn əlaqə xidməti həftənin I-V günləri saat 09.00-dan saat 18.00-dək, şənbə günləri isə saat 10.00-dan saat 13.00-dək canlı rejimdə fəaliyyət göstərəcək.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.