Home » Nazirlər Kabineti notariat hərəkətlərinin aparılması qaydalarında dəyişiklik edib

Nazirlər Kabineti notariat hərəkətlərinin aparılması qaydalarında dəyişiklik edib

by Zeyneb
0 comments 0 views 1 minutes read

Nazirlər Kabineti “Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”a dəyişiklik edib.

Bununla bağlı Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb.

Qərara əsasən, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” qanuna uyğun olaraq kommersiya hüquqi şəxsləri üzrə nizamnamə kapitalındakı payın özgəninkiləşdirilməsi ilə bağlı müqavilələr, payın vərəsəlik qaydasında digər şəxsə keçməsi, payın yüklü edilməsi, eləcə də təsisçisi və qanuni təmsilçisi eyni şəxs olan kommersiya hüquqi şəxsin təsisçisi vəfat etdikdə mirasın qorunması məqsədilə notariat orqanı tərəfindən əmlak idarəçisinin təyin olunması ilə bağlı məlumatlar Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə real vaxt rejimində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə ötürüləcək.

Dəyişiklik notariat əməliyyatları üzrə məlumat mübadiləsinin operativliyinin artırılmasına, dövlət qeydiyyatı prosesinin daha səmərəli təşkilinə və aidiyyəti dövlət qurumları arasında elektron inteqrasiyanın gücləndirilməsinə xidmət edir.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.