Home » “Nebius Group” 3 milyard dollar cəlb etməyi planlaşdırır

“Nebius Group” 3 milyard dollar cəlb etməyi planlaşdırır

by Zeyneb
0 comments 3 views 1 minutes read

Niderlandın texnologiya şirkəti “Nebius Group” ixtisaslaşmış investorlar üçün qapalı təklif çərçivəsində 3 milyard dollar cəlb etməyi planlaşdırdığını açıqlayıb. Bu barədə şirkətin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, qrup 2030 və 2032-ci illərdə ödənilməsi nəzərdə tutulan, hər biri 1 milyard dollar məbləğində iki istiqraz buraxılışı həyata keçirməyi nəzərdə tutur. İlk investorlar 13 gün ərzində əlavə olaraq 150 milyon dollarlıq istiqraz almaq imkanına sahib olacaqlar.

Bundan əlavə, “Nebius Group” 1 milyard dollarlıq adi səhm buraxılışı həyata keçirməyi planlaşdırır. Bu çərçivədə investorlar 30 gün ərzində nominal dəyər, endirimlər və anderraytinq komissiyaları nəzərə alınmaqla əlavə olaraq 150 milyon dollarlıq “A” sinifli səhmləri almaq opsionuna malik olacaqlar.

Şirkət bildirib ki, toplanacaq vəsaitlər hesablama güclərinin artırılmasına, torpaq sahələrinin alınmasına və müştəri xidməti zonalarının inkişafına yönəldiləcək.

Qeyd edək ki, 9 sentyabrda “Nebius Group” səhmləri 70,92% artaraq bir səhm üçün 109,49 dollara yüksəlib.

Xatırladaq ki, 8 sentyabrda şirkət süni intellekt (Sİ) infrastrukturu sahəsində “Microsoft” ilə çoxmilyardlıq müqavilə imzalayıb. Razılaşmaya əsasən, “Nebius” 2025-ci ilin sonundan etibarən ABŞ-ın Nyu-Cersi ştatının Vaynlend şəhərindəki yeni məlumat mərkəzində “Microsoft”a hesablama resursları təqdim edəcək.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.