
Yaxın Şərqdə müharibənin 6-cı gününə daxil olması qlobal enerji bazarlarında ciddi narahatlıq yaradıb. Bu fonunda neft qiymətləri 3%-dən çox artıb.
* Brent nefti – 83.84$ (+3%)
* WTI nefti – 77.29$ (+3.5%)
Gərginliyin əsas səbəbi ABŞ və İsrailin İrana zərbələrindən sonra başlayan qarşıdurma və regionda davam edən raket və dron hücumlarıdır.
Bazarların diqqəti xüsusilə Hörmüz boğazına yönəlib. Dünyada daşınan neftin təxminən 20%-i məhz bu strateji marşrutdan keçir. İranın boğazı faktiki bağlaması tanker daşımalarında ciddi problemlər yaradıb və qlobal neft təchizatı ilə bağlı qorxuları artırıb.
Eyni zamanda, İraq bəzi neft ixracları üzrə fors-major elan edib, bu isə bazarlarda təchizat risklərini daha da yüksəldir.
Digər tərəfdən, ABŞ-da neft ehtiyatları gözləniləndən çox – 5.6 milyon barel artıb, bu isə qiymət artımını qismən məhdudlaşdıra bilər.





