Home » Neft fondunun investisiyaları özünü doğruldub

Neft fondunun investisiyaları özünü doğruldub

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) 2019-cu il üzrə yekun hesabatını açıqlayıb. Hesabatda, fondun aktivlərinin son üç ayda 798.9 milyon dollar artaraq 43323.3 milyon dollara çatdığı müşahidə olunur. Bu isə, 2018-ci ilin sonuna olan göstəriciyə (38515.2 milyon dollar) nisbətdə 12.48% artım deməkdir.

2019-cu il ərzində ARDNF-nin büdcə gəlirləri 19 030,6 milyon manat, büdcə xərcləri isə 11 588,6 milyon manat təşkil edib.

Hesabatda diqqəti cəlb edən əsas məqam isə, fondun aktivlərinin idarə əldə edilən gəlirlərin bir il ərzində 20 dəfədən çox artmasıdır. Belə ki, 2018-ci ildə cəmi 181.1 milyon manata bərabər olan bu göstərici ötən il 3625.9 milyona çatıb.

Fondun investisiya fəaliyyətinə nəzər yetirdikdə isə, bu artıma təkan verən əsas amillərdən birinin qızıl investisiyaları olduğunu müşahidə edə bilərik. Belə ki, 2018-ci ilin investisiya portfelində qızıl aktivləri 5.4%-lik bir hissəyə malik olsa da, 2019-cu ildə bu göstərici 11.4% səviyyəsində qərarlaşıb. 2019-cu ildə qızılın qiymətində baş verən artımlar nəticəsində fondun illik gəlirliliyinin artımı tendensiyası müşahidə olunub. Neft hasilatı və qlobal bazarda neft qiymətlərinin azalmasının müşaiyət olunduğu bu müddətdə neft fondunun gəlirliliyinin 5.29%-ə qədər yüksəlməsi il ərzində həyata keçirilən investisiyaların özünü doğrultduğunun göstəricisidir.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.