Home » Nizami və Xətai rayonlarında mənzillərin səyyar qeydiyyatı kampaniyası keçiriləcək

Nizami və Xətai rayonlarında mənzillərin səyyar qeydiyyatı kampaniyası keçiriləcək

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

Mənzillərin səyyar dövlət qeydiyyatına alınması 27-31 yanvar tarixlərində Nizami və Xətai rayonlarında təşkil ediləcək. Həftə ərzində “Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” kampaniyası istismarına icazə verilmiş çoxmərtəbəli binalar üzrə 1032 mənzili əhatə edəcək.

Nizami rayonunda səyyar qeydiyyat 27 yanvarda B.Nuriyev küçəsi, 2383-2387-ci məhəllə, 28 yanvarda  E.Süleymanov küçəsi, 2383-cü məhəllə ünvanlarında keçiriləcək. Xətai rayonu üzrə mənzillərin mobil qeydiyyatı 29 yanvarda “Ağ Şəhər”, 1-ci Yaşıl Ada küçəsi, 7, yanvarın 30-da General Şıxlinski küçəsi, 42a, 31 yanvarda isə Ə.Quliyev küçəsi, 1131-ci məhəllə ünvanlarında aparılacaq.

Xidmətdən istifadə üçün mənzil sahibləri mobil qeydiyyat ofisinə yaxınlaşaraq şəxsiyyət vəsiqəsi, protokoldan çıxarış və maliyyə arayışı kimi ilkin sənədləri təqdim etməlidir.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.