Home » Vyanada keçirilən seminarda Azərbaycanda sosial sahədə aparılan islahatlar təqdim olunub

Vyanada keçirilən seminarda Azərbaycanda sosial sahədə aparılan islahatlar təqdim olunub

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndə heyəti Dünya Bankının təşkilatçılığı ilə Avstriya Respublikasının Vyana şəhərində “Cənubi Qafqaz və Orta Asiya Respublikalarında aktivasiya siyasətləri və təcrübə laboratoriyaları” mövzusunda keçirilən seminarda iştirak ediblər.  

Görüşdə qeyd olunan ölkələrdə həyata keçirilən aktiv əmək bazarı siyasətləri ətrafında geniş müzakirələr aparılıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Məşgulluq siyasəti və demoqrafiya şöbəsinin müdiri Elnur Süleymanov seminarda “Azərbaycanda aktivasiya proqramları” mövzusunda təqdimat edib.

Təqdimatda son illərdə ölkəmizdə həyata keçirilən sosial islahatlardan, aktiv əmək bazarı proqramlarından, dövlət sosial xidmətlərinin innovativ əsasda keyfiyyətcə yeni inkişaf mərhələsinə keçməsini təmin edən DOST konsepsiyası və DOST mərkəzlərindən bəhs olunub. İştirakçılara, əmək, məşğulluq, sosial təminat sahələrində elektron texnologiyaların geniş tətbiqi istiqamətində əldə olunan nailiyyətlər, “E-sosial” portalı, “Məşğulluq” altsistemi, e-pensiya və e-müavinət sistemləri, e-arayış xidmətləri barədə geniş məlumat verilib.

Azərbaycanda sosial sahədə aparılan islahatlar seminar iştirakçıları tərəfindən maraqla qarşılanıb. Tədbirdə iştirakçıların müvafiq mövzuda sualları da cavablandırılıb.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.