İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 29 may tarixində keçirilən hərracda 21 nəqliyyat vasitəsi satılıb.
Hərraca çıxarılan əmlaklara 103 sifariş qəbul edilib. Rəqabətli keçən hərracda ilkin qiyməti 500 manat olan “MTZ-82” markalı traktor 4.050 manata, start qiyməti 4.250 manat olan “Volkswagen Passat CC” markalı nəqliyyat vasitəsi isə 5.700 manata satılıb.
Hərracda satılan nəqliyyat vasitələrinin siyahısı ilə https://clck.ru/3Avz9p linki vasitəsilə tanış olmaq olar.
Növbəti hərraclar 4, 11 və 25 iyun tarixlərində keçiriləcək.