Home » “Növbəti illərdə Dövlət Vergi Xidməti ilə birgə əməkdaşlıq bank maliyyə sektoruna, nəticə olaraq iqtisadiyyatımıza faydalı olacaq” – Zakir Nuriyev

“Növbəti illərdə Dövlət Vergi Xidməti ilə birgə əməkdaşlıq bank maliyyə sektoruna, nəticə olaraq iqtisadiyyatımıza faydalı olacaq” – Zakir Nuriyev

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

“Qlobal çağırışlara cavab vemək, daha səmərəli, inteqrasiya olunmuş fəaliyyətin qurulması məqsədilə növbəti illərdə Dövlət Vergi Xidməti ilə birgə əməkdaşlıq qeyd edilən istiqamətlərdə də uğurla davam edəcəyinə və bu tərəfdaşlığın bank maliyyə sektoruna, nəticə olaraq iqtisadiyyatımıza faydalı olacağına inanırıq.”

Bunu, Azərbaycan Banklar Assosiasiyasının (ABA) prezidenti Zakir Nuriyev 10 fevral 2023-cü il tarixində baş tutmuş “Heydər Əliyev və Azərbaycanın vergi sistemi: yeni çağırışlara doğru” mövzusunda keçirilən konfransda qeyd edib.

“Eyni zamanda əsas hədəf dəyişməz olaraq qalacaqdır;

– Təşviqedici və fiskal münasibətlərin optimal nisbətinin müəyyən edilməsi;
– Vergi inzibatçılığının tətbiqinin xərclərinin dövlət və vergi ödəyiciləri üçün azaldılması;
– Bəzi vergi növlərinin (məs.qiymətli kağızlarla əməliyyatlardan) tutulan vergilərə yalnız müddətli güzəştin verilməsi deyil, umumiyyətlə onların ləğv edilməsi;
– Əldə olunan nəticələrin kommunikasiyası zamanı düzgün mesajla, düzgün metoddan istifadənin təmin edilməsi;
– Hazırlanan qaydalar, qanun dəyişikliklərinin aidiyyati auditoriyaya düzgün çatdırılması olduqca böyük əhəmiyyət kəsb edəcəkdir;
– Vergi qanunvericiliyinin daha dəqiq və şəffaflığının təmin edilməsi, birmənalı izahdan kənar müddəaların olmamasını təmin etmək”, – deyə Z.Nuriyev bildirmişdir.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.