3
Nvidia-nın Nasdaq Birjasında satılan səhmləri çərşənbə axşamı saat 21.10-a 3 faizdən çox dəyər qazanaraq bir səhm üçün 135,96 dollara yüksəldi.
BBN.az xəbər verir ki,səhmlərinin artması ilə şirkətin ümumi bazar dəyəri 3,34 trilyon dollara çatıb.
Beləliklə, Microsoft-un 3,32 trilyon dollarlıq bazar dəyərini keçən Nvidia, dünyanın ən dəyərli şirkəti oldu.