Home » OİC-CERT idarə heyətinin növbəti iclası Qahirədə keçirilib

OİC-CERT idarə heyətinin növbəti iclası Qahirədə keçirilib

by anar
0 rəy 0 baxış 1 dəqiqə oxuma

Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin (XRİTDX) nümayəndələri İslam Ölkələri CERT Mərkəzlərinin Beynəlxalq Təşkilatı – “OİC-CERT”in idarə heyətinin Misirin Qahirə şəhərində 19 may tarixində keçirilmiş növbəti iclasında iştirak etmişdirlər.

İdarə heyətinin iclasında təşkilatın 2024-cü il fəaliyyət planı üzrə görülmüş işləri müzakirə olunmuş, ölkəmizin (CERT.gov.az) cavabdeh olduğu təşkilatın 4-cü strateji istiqaməti olan “Texnika və texnologiya” sahəsi üzrə görülən işlər barədə məlumat verilmişdir.

Təşkilatın 15-ci yekun konfransı və toplantısının yerli üzv ölkələr tərəfindən verilən təkliflər dəyərləndirildikdən sonra Özbəkistanın Daşkənd şəhəri seçilmişdir.

Tədbirdə iştirak edən XRİTDX-nın idarə rəisi T.Məmmədov keçirilən iclas zamanı Azərbaycanda ilk dəfə keçiriləcək Kiber Diplomatiya üzrə Beynəlxalq Konfrans barədə də ətraflı məlmat vermişdir.

Azərbaycanın bu təşəbbüsü və tədbirə dəvəti idarə heyəti tərəfindən yüksək qiymətləndirilmişdir.

Məlumat üçün qeyd edək ki, XRİTDX OİC-CERT təşkilatının idarə heyətində ölkəmizi artıq 8 il təmsil edir.

Oxşar xəbərlər

Rəy bildir

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.