Home » Ölkədə ətraf mühitin idarə edilməsi sahəsində yeni dövlət standartı qəbul edilib

Ölkədə ətraf mühitin idarə edilməsi sahəsində yeni dövlət standartı qəbul edilib

by anar
0 comments 1 views 1 minutes read

Yeni dövlət standartının tətbiqi ekoloji proseslərin kompleks şəkildə öyrənilməsi, regional iqlim dəyişmələri və digər qlobal ətraf mühit problemlərinin ölkə əhalisinə və iqtisadiyyatına təsirinin təhlilinə dəstək göstərəcək.

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) tərəfindən AZS ISO 14015:2025 “Ətraf mühitin idarə edilməsi – Ətraf mühitin kompleks şəkildə araşdırılmasının qiymətləndirilməsi üzrə təlimatlar” (“Environmental management – Guidelines for environmental due diligence assessment”)  yeni  dövlət standartı qəbul edilib.

Bu dövlət standartı ətraf mühitin müxtəlif aspektlərini müəyyən edir, zərurət yarandıqda onların biznes nəticələrinə təsirini qiymətləndirmək məqsədilə kompleks şəkildə araşdırmalar üçün sistematik qaydalara dair təlimat təqdim edir.

Qeyd edək ki, yeni dövlət standartı Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən müvafiq beynəlxalq standartın autentik tərcüməsi əsasında hazırlanıb, “Ekologiya” standartlaşdırma üzrə Texniki Komitədə (AZSTAND/TK 09) konsensus əsasında qəbul edilib və AZSTAND tərəfindən təsdiqlənərək Standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fonduna daxil edilib.

You may also like

Leave a Comment

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.