1


2023-ci ilin əvvəli ilə müqayisədə Azərbaycanda sosial media istifadəçilərinin sayı artıb.
BBN.az xəbər verir ki, 230-dan artıq ölkədə monitorinqlər aparan şirkətin ölkəmizlə bağlı rəsmi hesabatına görə, ötən ilin əvvəli ilə müqayisədə Azərbaycanda sosial media istifadəçiləri 2.8 milyon artıb.
Hesabatda Azərbaycanla bağlı bir sıra nüanslar yer alıb. Hesabatda qeyd olunub ki, hazırda Azərbaycanda internet istifadəçilərinin 66.4 faizi ən azı bir sosial media istifadə edir.