Home » Ölkəmizdə növbəti Karyera İnkişaf Forumu keçiriləcək

Ölkəmizdə növbəti Karyera İnkişaf Forumu keçiriləcək

by anar
0 rəy 0 baxış 1 dəqiqə oxuma

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin təşkilatçılığı ilə 19 dekabr 2023-cü ildə üçüncü dəfə Azərbaycan Karyera İnkişaf Forumu keçiriləcək.

Forum “Yenilikləri fürsətə çevir!” devizi ilə təşkil olunacaq.

Tədbirdə  karyera inkişafı üzrə yerli və qlobal nailiyyətlər, müasir yanaşmalar, rəqabətli mühitdə kadr ehtiyatının formalaşdırılması üçün effektiv ali təhsil strukturunun qurulması mexanizmləri, daim dəyişən dünyada tələb olunan bacarıqlar və karyera sahəsində müasir tələb-təklif trendləri müzakirə olunacaq.

Forumda karyera məsləhətçiləri, təhsil ekspertləri, dövlət və özəl sektorun nümayəndələri, inkişaf mentorlarının iştirak edəcək və müxtəlif mövzularda təqdimatlar edəcək.

3 paneldən ibarət olacaq Forumda yerli ekspertlərlə yanaşı, karyera inkişafı üzrə tanınmış beynəlxalq mütəxəssislərin də iştirakı gözlənilir.

Ölkəmizdə karyera inkişafının müzakirəsi sahəsində ən qabaqcıl təcrübələrdən sayılan Azərbaycan Karyera İnkişaf Forumunda birgə müzakirələr, sual-cavab sessiyaları və qruplar formatında görüşlər təşkil ediləcək.

Azərbaycan Karyera İnkişaf Forumuna iştirakçı qismində qatılmaq istəyən şəxslər üçün yaxın günlərdə qeydiyyata başlanacaq.

Oxşar xəbərlər

Rəy bildir

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.