Aqrar Elm və İnnovasiya Mərkəzi tərəfindən müəyyən olunmuş təlim proqramına uyğun olaraq ötən həftə ərzində fermerlərin maarifləndirilməsi davam etdirilib. Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunun Arıçılıq Mərkəzi tərəfindən Balakən DAİM-də keçirilmiş təlimdə 16 nəfər, Qax DAİM-dəki təlimdə 16 nəfər, Zaqatala DAİM-dəki təlimdə 14 nəfər iştirak edib. Aqrar Xidmətlər Agentliyi tərəfindən Cəlilabad DAİM-də keçirilmiş təlimdə 16 nəfərin, Salyan DAİM-dəki təlimdə 11 nəfərin, Bərdə DAİM-də keçirilmiş təlimdə 15 nəfərin, Ağcabədi DAİM-dəki tədbirdə isə 15 nəfər fermerin iştirakı təmin olunub.
Ümumilikdə həftə ərzində keçirilmiş 7 təlimdə 103 nəfər fermer iştirak edib. Fermerlərə arıçılıq mövsümünün başlanması ilə əlaqədar ilkin profilaktik tədbirlərin görülməsi, iribuynuzlu heyvanlarda dabaq və qarayara xəstəliklərinin profilaktikası, ona qarşı mübarizə tədbirləri, sahənin bitki qalıqlarından təmizlənməsi, dondurma şumunun aparılması, torpağın arata hazırlanması və alaq otlarına qarşı mübarizə tədbirləri, dondurma şumunun altına üzvi və mineral gübrələrin verilməsi, səpinin aparılması qaydaları haqqında məlumatlar verilib.
Təlimlər davam etdirilir.
Ötən həftə ərzində 103 nəfər fermer təlimlərə cəlb olunub
0
previous post