Home » Ötən dövrdə DOST mərkəzlərinə 250-dək könüllü cəlb olunub

Ötən dövrdə DOST mərkəzlərinə 250-dək könüllü cəlb olunub

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

Prezident İham Əliyevin 30 dekabr 2019-cu il tarixli Sərəncamı ilə 2020-ci ilin Azərbaycanda “Könüllülər ili” elan edilməsi ölkəmizdə könüllülük fəaliyyətinin ümummilli hərəkat kimi daha geniş miqyas almasına təkan verir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi (DOST Agentliyi) də “Könüllü DOST” proqramı ilə könüllülük hərəkatının genişlənməsində mühüm rol oynayır.

Ötən ilin may ayında DOST Agentliyi və 1 saylı Bakı DOST mərkəzi (Yasamal və Səbail) və dekabr ayında 2 saylı Bakı DOST mərkəzi (Xəzər və Pirallahı) açılıb. DOST Agentliyi tərəfindən  “Könüllü DOST” proqramı üzrə 3 altproqram “Gənc DOST”, “Gümüşü DOST” və “Virtual DOST” altproqramları icra olunur.

Könüllülük fəaliyyətinə, o cümlədən DOST mərkəzlərində könüllü fəaliyyətə olan böyük marağın göstəricisi kimi, “Könüllü DOST” proqramına indiyədək 6900-dək müraciət olunub və ötən dövrdə bu proqram üzrə 250-dək könüllü DOST mərkəzlərinə cəlb edilib.

Könüllülər DOST mərkəzlərində dövlət sosial xidmətlərinin “bir pəncərə”dən vətəndaş məmnunluğu prinsipi ilə təqdim edilməsi işlərinə öz töhfələrini verir.

“Gənc DOST” proqramı üzrə çalışan könüllü gənclərlə bərabər, 60-75 yaşlarında bir qrup pensiyaçı da “Gümüşü DOST” proqramı əsasında könüllülər komandasında çalışır. Həmçinin bir qrup sağlamlıq imkanları məhdud gənc DOST könüllüləri  sırasına qoşulub.

“Könüllü DOST” proqramı məzunlarından artıq 17 nəfəri 1 saylı Bakı DOST mərkəzinin əməkdaşları kimi fəaliyyətlərini davam etdirirlər.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.