Home » Özbəkistanda sosial müdafiə sahəsində əməkdaşlıq sənədi imzalanıb

Özbəkistanda sosial müdafiə sahəsində əməkdaşlıq sənədi imzalanıb

by anar
0 comment 0 views 1 minutes read

Özbəkistanda səfərdə olan əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevin rəhbərlik etdiyi nümayəndə heyəti Daşkənd şəhərindəki Heydər Əliyev meydanında Ulu Öndərin abidəsi önünə gül dəstələri qoyub, xatirəsini ehtiramla yad edib.

Sahil Babayevlə Özbəkistan Respublikası Prezidenti yanında Milli Sosial Müdafiə Agentliyinin direktoru Mansurbek Olloyerov arasında görüş olub. Nazir Azərbaycan və Özbəkistan dövlət başçılarının birgə səyləri nəticəsində iki ölkənin qədim tarixə malik əlaqələrinin inkişaf edərək strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini vurğulayıb.

Ötən dövrdə ölkələrimiz arasında imzalanan sənədlərin önəmi qeyd edilib. Xüsusilə 2023-cü ilin avqust ayında Prezidentlər İlham Əliyev və Şavkat Mirziyoyevin imzaladığı “Azərbaycan Respublikasının və Özbəkistan Respublikasının Ali Dövlətlərarası Şurasının yaradılması haqqında Müqavilə”nin strateji tərəfdaşlığın dinamik inkişafında xüsusi əhəmiyyəti diqqətə çatdırılıb.

İşğaldan azad edilmiş Füzuli şəhərində Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin təşəbbüsü ilə orta məktəbin inşa etdirilməsinin iki ölkənin dostluq və qardaşlığının növbəti təzahürü olduğu qeyd edilib.

Son illər ölkəmizdə aparılan sosial islahatlar və uğurlar, DOST konsepsiyası, sosial sahədə rəqəmsal nailiyyətlər barədə məlumat verilib.

M.Olloyerov ölkələrimiz arasında əlaqələrin sosial sahədə də uğurla davam etməsinin məmnunluq doğurduğunu, bu əlaqələrin genişlənməsi üçün mühüm işlər aparıldığını bildirib.

Sosial islahatlar prosesində iki qurum arasında əməkdaşlığın genişləndirilməsi üçün böyük potensial olduğu, ötən dövrdə qarşılıqlı səfərlərin, keçirilən görüşlərin əlaqələrin güclənməsində önəmi qeyd olunub.

S.Babayev və M.Olloyerov  “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Özbəkistan Respublikasının Prezidenti yanında Milli Sosial Müdafiə Agentliyi arasında sosial müdafiə sahəsində əməkdaşlıq haqqında” Anlaşma Memorandumunu imzalayıblar.

Sənəddə tərəflər arasında sosial qanunvericiliyin təkmilləşdirilməsi və sosial xidmətlərin rəqəmsallaşdırılması, həssas qruplar üçün sosial xidmətlərin təşkili, övladlığagötürmə, mediasiya, əlilliyin qiymətləndirilməsi, reabilitasiya və s. istiqamətlərdə əməkdaşlıq, təcrübə və məlumat mübadilələrinin həyata keçirilməsi nəzərdə tutulur.

Azərbaycan nümayəndə heyəti Özbəkistanda həssas qruplar üçün yaradılmış sosial müəssisələrin iş təcrübəsi ilə də tanış olublar.

You may also like

Leave a Comment

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.