Home » Özünüməşğulluğa cəlb edilən şəxslərə 2020-ci ildə təşkil olunan təlimlərə cəlb edilmədən material, avadanlıq və digər əmlak veriləcək

Özünüməşğulluğa cəlb edilən şəxslərə 2020-ci ildə təşkil olunan təlimlərə cəlb edilmədən material, avadanlıq və digər əmlak veriləcək

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 iyul 2020-ci il tarixli yeni qərarı özünüməşğulluq proqramının icrası, proqram çərçivəsində isşz və işaxtaranların kiçik ailə təsərrüfatlarının yaradılması işinin yeni növ koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar xüsusi karantin rejimi dövründə də ardıcıl şəkildə davam etdirilməsinə imkan yaradır.

Qərarda hazırkı pandemiya ilə əlaqədar olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin yerli qurumlarında işsiz və işaxtaran  kimi qeydiyyata alınmış və özünüməşğulluq proqramına cəlb edilmiş şəxslərin 2020-ci ildə bu məqsədlə təşkil olunan təlimlərə cəlb edilmədən natura şəklində material, avadanlıq və digər əmlakla təmin olunmaları nəzərdə tutulur. Həmin şəxslərə yerli məşğulluq orqanlarının  köməkliyi ilə tərtib etdikləri biznes planlar əsasında material, avadanlıq və digər əmlak veriləcək.

Qərara əsasən, xüsusi karantin rejimi bitdikdən və ya onlayn təlim proqramları istifadəyə verildikdən sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi işsiz və işaxtaran kimi qeydiyyata alınmış və özünüməşğulluq proqramına cəlb edilmiş şəxslərin müvafiq proqramlar üzrə təlimlərə cəlb olunmasını təmin edəcək. Bununla əlaqədar Nazirlik özünüməşğulluğun təşkili məqsədilə onlayn təlim proqramlarının hazırlanmasını da sürətləndirəcək.

2020-ci il üzrə 12 min ailənin (50 min ailə üzvü) özünüməşğulluq proqramına cəlb edilməsi işləri aparılır və bu ilin ötən dövründə onlardan artıq 4200-ə yaxın şəxs proqrama cəlb edilib.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.